Bakıda «canlı svetafor» - FOTO

Xalid maraqlı insandır, Əmircan qəsəbəsində ona “canlı svetafor” deyirlər, neçə ildir uşaqları tamənnasız olaraq yoldan keçirir ki, maşın vurmasın: «Mən XII qrup əmək veteranıyam, Qarabağ savaşında bir qardaşımı itirmişəm. Daha sonra dövlət tərəfindən verilən kiçik bir köşkdə maşın yağı, sabun, şampun və məktəbli ləvazimatları satmışan. Bilirsiz , Mən yolu keçmək istəyən hər kəsə köməklik etməkdən zövq alıram. Əynimdə xüsusi jileti yol polisi tərəfindən verilib və bu işə olan sevgimi birə-beş artırıb. Düz 1997-ci ildən bu işi təmənnasız olaraq görmüşəm. Gündə 138 uşağı yolun bir tərəfindən digər tərəfinə keçirirəm. Yolu keçirdiyim uşaqların çoxu məktəblilərdir.
- Bəs nəyə görə "canlı svetofor?» sualına isə o gülərək cavab verdi. "Bu adı mənə ilk dəfə Aytən adlı balaca məktəbli qız verib: “O, yolun qarşı tərəfində durub məni çağırdı ki, ay "canlı svetofor", gəl məni yoldan keçir. Bundan əvvəl də uşaqları yoldan keçirirdim. Çox adam heç adımı da bilmir. Hər kəs mənə “canlı svetofor” deyir". Məktəbnən üzbəüz bir butka açdım məktəblilərə yol hərəkat qaydalarını öyrədirəm"
Və ən əsası yolun kənarına “Sürücülər ehtiyatlı olun! Qarşınıza öz övladınız çıxa bilər!” - şüarını lövhəyə yazıb vurmuşam! Biz insan olaraq bir birimizə kömək etməliyik, bir birimizin qədrini bilməliyik!
- Xalid Musayev
Qeyd: "Kəndin ensiz dar yolundan hər gün yüzlərlə məktəblini qarşı tərəfdəki 144 saylı məktəbə yola salan Xalid kişi böyükdən-kiçiyə hər kəsin sevimlisinə çevrilib.
Bu materialı Facebookda Humans of Azerbaijan qrupu paylaşıb.
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












