Bakıda daha bir avtobus rüsvayçılığı - FOTOLAR

Son vaxtlar Azərbaycan mətbuatında avtobus sürücüləri tərəfindən yol verilən kobud qayda pozuntuları və bunun nəticəsində baş verən qəzalar haqqında kifayət qədər materiallar dərc olunur. Müvafiq qurumlar və Nəqliyyat Nazirliyinin həmin avtobuslarla bağlı heç bir ölçü götürməməsi bu kimi halların davam etməsinə şərait yaradır. Bu gün "Qafqazinfo"nun əmənkdaşı 24 nömrəli avtobus sürücüsü tərəfindən yolda törədilən kobud qayda pozuntusunun fotolarını lentə alıb. Hadisə Ağa Nemətulla küçəsində Heydər Əliyev prospektinin altından keçən tuneldə qeydə alınıb. Fotolardan aydın görünür ki, içi sərnişinlə dolu olan avtobus qarşı hərəkət istiqamətinə çıxaraq irəliləmək istəyib. Bu da əks istiqamətdə hərəkət edən avtomobillərin dayanmasına və tıxaca səbəb olub. Avtobus sürücüsünün bu hərəkəti digər sürücülər tərəfindən etirazla qarşılanıb. Onlar maşından düşərək avtobus sürücüsünə əsəbi etirazlarını bildiriblər. Lakin sürücü heç nəyi vecinə almadan hərəkətinə davam edib.
Həmin fotoları təqdim edirik:
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ
BBAK-a gedən sərnişinlərə xəbərdarlıq - FOTO
Naxçıvanda təmir olunacaq avtomobil yollarının SİYAHISI - FOTO
Naxçıvan dəmir yolu şəbəkəsinin yenidən qurulması davam edir - FOTOLAR - VİDEO
“Gec-tez bağlanmalıdır” - Prezident “Metsamor” təhlükəsindən danışdı - VİDEO
Prezident bu ŞAD XƏBƏRİN anonsunu verdi















