Bakıda dəhşətli anlar: qadın uşağı ilə birlikdə YOLA ATILDI - VİDEO

Bu videonu Avtosfer.az-ın daimi izləyicilərindən biri göndərib. Dekabrın 10-da, axham saatlarında Bakının mərkəzi küçələrindən birində baş vermiş bu olay oxucunun idarə etdiyi avtomobildə quraşdırılmış videoqeydiyyat cihazının yaddaşına anbaan düşüb. Kadrlardan görünür ki, azyaşlı uşağın əlindən tutub maşınların arası ilə təhlükəli qaydada yolu keçən qadın qəflətən fikrini dəyişərək yolun ortasından geri qayıdır. Hansı ki, 20 metr arxada piyada keçidi var.
Qadının bu hərəkəti olduqca təhlükəli hərəkətdir. Çünki sürücülər adətən uzaqdan gələrkən piyadanın yolu keçmə trayektoriyasını və zamanı hesablayıb ona uyğun hərəkət edirlər. Piyadanın bu vəziyyətdə geri qayıtması isə ölümlə çilingağac oynamaqdır.
Qadının bu hərəkəti oxucunu xeyli qəzəbləndirib. Onun video ilə birlikdə göndərdiyi mətni də təqdim edirik: «Mən bir vətəndaş kimi təklif edirəm ki, piyadalara qarşı cərimələr artırılsın. 20 manatlıq cərimə ilə piyadalara yol qaydası, yol mədəniyyəti öyrətmək çox çətindir. Özünüz həmin piyadanın davranışına qiymət verin! Diqqət yetirin, piyada keçidi ilə həmin yer arasında neçə metr məsafə var? Ana özünü düşünmür. Övladını necə?
Hər zaman sürücüləri günahkar sayırlar. Həmin an hadisə baş versəydi kim cavab verməlidir? Bəzən piyadalrın səhlənkarlığından ağır qəzalar baş verir».
Emin
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












