"Bakıda "Formula 1"in keçirildiyi məkan dəyişə bilər" - Emin Ağalarov

""Formula 1" Azərbaycan Qran-Prisinin keçirildiyi məkanın dəyişdirilməsi məsələsi müzakirəyə çıxarılıb".
Avtosfer.az xəbər verir ki, bunu “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov "RIA Novosti" agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə “Sea Breeze” kurortunun ərazisində alov formasında, ümumi sahəsi 200 hektar olan süni adanın salınması planlaşdırılır. Azərbaycanın tarixən “Odlar yurdu” adlandırılmasından ilhamlanaraq “Fire Island” adlandırılan layihənin yüksəksəviyyəli yarışları, dünya memarlıq ulduzlarının layihələrini və premium daşınmaz əmlakı özündə birləşdirməklə Xəzər dənizi turizminin simasını dəyişəcəyi gözlənilir.
Bildirilib ki, layihənin ümumi dəyəri təxminən 15–16 milyard dollar qiymətləndirilir. Bu məbləğin 1 milyard dolları süni adanın yaradılmasına yönəldiləcək. Adada nəzərdə tutulan daşınmaz əmlakın tikintisi isə sıxlıq və kvadratmetr göstəricilərindən asılı olaraq təxminən 10–15 milyard dollara başa gələcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












