Bakıda gizli radarlar var?

Yol polisi Bakıda yaşayış binalarında gizli radarların quraşdırılması məsələsinə aydınlıq gətirib. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, son günlər sosial şəbəkələrdə və KİV-lərdə paytaxtdakı çoxmərtəbəli yaşayış binalarının damlarında gizli radarların quraşdırılması ilə bağlı məlumatlar yer alıb. Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu məlumatlar həqiqətə uyğun deyil: "Əgər binalarda hansısa cihazlar və kameralar quraşdırılıbsa, əminliklə deyirəm ki, onlar yol hərəkətində nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulan sürət radarları deyil. Onlar müxtəlif qurumlar tərəfindən quraşdırılan müşahidə və ya təhlükəsizlik kameralarıdır".
Bölmə rəisi qeyd edib ki, qanuna əsasən yollarda gizli radarlar quraşdırmaq olmaz. Əgər yollarda sürət radarları quraşdırılırsa, ondan bir neçə metr qarşıda bunu bildirən müvafiq yol nişanı qoyulur.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












