Bakıda hələ də belə bərbad yol var - FOTO

Nərimanov rayonunda Böyükşor adlanan ərazidə P/YUA 38/10 küçəsinin sakinləri yolların pis vəziyyətdə olması ilə bağlı prezidentə, rəsmi orqanlara müraciət etsələr də, yolları hələ də bərbad vəziyyətdədir. Sakinlərdən Pənah Pənahlı anspress-ə bildirib ki, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları qəbul edib onların problemlərini dinləyib. "Buna baxmayaraq hələ də Böyükşor qəsəbəsi P/YUA 38/10 küçəsinin yolları və kanalizasiya xətləri hələ də düzəlmir".
Şikayətçilərin sözlərinə görə, yolların bu hala düşməsində əsas səbəb ağır tonlu maşınların hərəkətidir. "Belə ki həmin ərazidə Spark Beton Zavodu, İnci Şirkəti və Asfalt zavod kimi iri şirkətlər yerləşir ki, həmin şirkətlərə (Xüsusilə Spark Betona) məxsus ağır tonlu maşınlar tərəfindən yollar bərbad hala salınır, onsuz da bərbad olan kanalizasiya xətləri dağıdılır. Bu isə buradakı çətin yaşayışı daha da çətinləşdirir".
Bundan başqa bildirilib ki, bu ərazidə dəfələrlə yollar kəsilsə də, burada heç bir iş görülməyib. "Bir neçə aydan sonra bu ərazidə keçirilməsi planlaşdırılan Avropa oyunlarının tək faydası hər tərəfdən hasara alınaraq varlığımızın gizlədilməsidir. Dəfələrlə yolları kəsməyin isə faydasızlığından ümid yeni açılmış Ziya Bünyadov prospektini bağlamağa qalıb", - deyə ərizədə göstərilib.
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI



















