Bakıda hərəkət istiqamətləri dəyişdirilən avtobuslar - TAM SİYAHI

Bakı-2015 I Avropa Oyunları zamanı göstərilən nəqliyyat xidmətinin yaxşılaşması, yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə Nəqliyyat Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut xətlərinin istiqamətlərində dəyişikliklər edib. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, bəzi sərnişin avtobuslarının hərəkət istiqaməti qısaldılıb, bəziləri isə uzadılıb.
Açılış və bağlanış mərasimlərində avtobus marşrutlarının xətlərində nəzərdə tutulan dəyişikliklər aşağıdakılardır:
Zabrat-Maştağa istiqamətindən 107, 131, 172,173 və 189 nömrəli marşrut xətləri E.Mehdiyev-Bakıxanov qəs. Əfəndiyev küçəsi-“Neftçilər” metrostansiyası-Rüstəmov və M.Əliyev küçələrinin kəsişməsindən təşkil olunacaq.
139, 148, 163, 166, 198, 204, 216 və 217 nömrəli marşrut xətləri E.Mehdiyev-Bakıxanov qəsəbəsi-Əfəndiyev küç.-Şərifli küç-Mirzəyev-Q.Qarayev pr. (1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq.
62, 40 və 105 saylı marşrut xətləri Sabunçu stansiyası-Əsədullayev küç-Bakıxanov qəs.-Mehmandarov küç-Sülh küç.-“Neftçilər” metrostansiyası və sonra mövcud xətt üzrə hərəkət edəcək.
55 saylı marşrutun xətti Sabunçu stansiyası-Əsədullayev küç.-Bakıxanov qəs.-Mehmandarov küç. və sonra mövcud xətt üzrə hərəkət edəcək.
93 saylı marşrutun xətti müvəqqəti dayandırılır.
Mərdəkan-Buzovna-Qala-Bül-Bülə qəsəbələri istiqamətindən 100, 101, 136, 141, 150, 160, 171 və 187 saylı marşrut xətləri Mərdəkan şossesi- H. Əliyev pr. - Zığ beton yolu – Gəncə pr.- “H.Aslanov” metrostansiyasına qədər təşkil olunacaq.
116 saylı marşrutun xətti Heydər Əliyev Hava Limanı və Zığ beton yolu-Nobel pr.-A.Cəlilov-K.Səfərəliyeva-28 May küç. (S.Vurğun bağının yanı) son dayanacaq.
184 saylı marşrut xətti Bül-Bülə qəs.-Bakıxanov qəs.-Əfəndiyev küç.-Şərifli küç.-Mirzəyev-Q.Qarayev pr.(1-ci yol) köhnə Nizami Rayon Məhkəməsinin qarşısına qədər təşkil olunacaq.
214-Bakıxanov qəs.-Əfəndiyev küç.-Qəmbərov.-“Neftçilər” metrostansiyası-8 km bazarına qədər təşkil olunacaq.
Ziya Bünyadov prospekti istiqamətindən
11 və 36 nömrəli marşrut xətləri-Q.Qarayev pr.-O. Vəliyev-M. Abbasov-A.Manafov-Q.Qarayev pr.-sonra mövcud xətt üzrə.
82 saylı marşrutun xətti müvəqqəti dayandırılır.
207 saylı marşrutun xətti Binə T/M.-Dairəvi yol-Moskva pr.-A.Mustafayev-Z.Bünyadov-Atatürk prospektinə qədər təşkil olunacaq.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










