Bakıda ictimai nəqliyyatı olmayan qəsəbə - VİDEO

Bakının Xəzər rayonu, Yeni qala qəsəbəsi sakinləri illərdir ictimai nəqliyyatın olmamasından şikayətlənir. ANS-in məlumatına görə, sakinlərin sözlərinə görə, qəsəbə 20 il əvvəl salınıb və yeni olduğu üçün burada heç bir iaşə obyekti yoxdur. Bu səbəbdən də qəsəbənin şagirdləri ya şəhərə, ya da qonşu qəsəbələrə məktəbə gedir. Ancaq avtobus xətti olmadığından ünvana vaxtında çatmaq tamamilə müşkül məsələyə çevrilib. Əgər kiminsə xəstəsi varsa, xəstəxanaya gedib çıxana kimi artıq iş-işdən keçmiş olur. Şikayətçilər deyir ki, 100-lərlə metr yolu piyada qət edib magistral yola çıxmalıyıq ki, hansısa qəsəbədən gələn marşrut avtbusuna minə bilək. Çox zaman da bu nəqliyyat vasitələri dolu olduğu üçün problem 2 qat artır. Taksi xidmətindən istifadəyə isə qəsəbə camaatının heç birinin maddi imkanı çatmır.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun sözlərinə görə, dövlət nəqliyyat avtomobil xidməti tərəfindən yeni tədbirlər planı hazırlanır: “Plana əsasən Bakı və Bakı ətrafı qəsəbələrin sərnişindaşıma nəqliyyatı problemi olan əraziləri üçün yeni ictimai nəqliyyat xəttlərinin açılması nəzərdə tutulur”.
Sözügedən ünvana gəldikdə isə qurum rəsmisi əlavə etdi ki, payız aylarında həmin ərazidə də yeni xətt açılacaq və nəqliyyat problemi həll olunacaq.
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












