Bakıda işıqforda QANLI DAVA - Yol verməyən sürücü bıçaqlandı

Bakıda işıqforda mübahisə etdiyi sürücünü bıçaqlayan gənc hakim qarşısına çıxarılıb. Adi bir mübahisəyə görə adam bıçaqlayan 20 yaşlı şəxs ömrünün bir neçə ilini həbsxanada keçirəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsində Əliyev Nurlan Rüstəm oğlunun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən, N.Əliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Cinayət Məcəlləsinin 126.2.4 (Xuliqanlıq niyyəti ilə qsədən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (Xuliqanlıq) maddələri ilə ittiham irəli sürülən Nuraln barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o məhkəmə zalında həbs edilib.
Hadisə ötən ilin noyabr ayında baş verib.
Nurlan “Mercedes” markalı maşını ilə hərəkətdə olarkən eyni yolda hərəkətdə olan Pərvin adlı sürücü ilə mübahisə edib. Buna səbəb Pərvinin işıqforun qırmızı işığının yanmasına bir neçə saniyə qalmış dayanması olub. Bununla da arxadan gələn Nurlanın işıqfordan keçməsinə mane olub.
Daha sonra Nurlan yolun hərəkət hissəsində Pərvinin avtomobilinin qarşısını kəsərək saxladıb və mübahisə ediblər. Maşından bıçaq götürən Nurlan Pərvinin üzərinə gedib. Kənar şəxslərin gözü önündə onu təhqir edib. Əlbəyaxa olan zaman ətrafda olanlardan biri Nurlanın əlindən bıçağı alıb. Amma Nurlan maşından ikinci bıçağı götürərək Pərvinin qarın nahiyyəsindən bir zərbə endirib.
Nurlan ittihamla özünü təqsirli bilib. Söyləyib ki, ondan öndə olan maşının sürücüsünə siqnal verib. Həmin sürücü əlini pəncərədən çıxarıb və ona söyüş söyüb. Mübahisə də buna görə başlayıb.
Nurlan qeyd edib ki, Pərvini vurduqdan sonra qaçaraq avtomobilə minib və oradan uzaqlaşıb.
Pərvin isə ifadəsində bildirib ki, hadisə vaxtı söyüş söyməyib. Amma maşından düşəndən sonra aralarında mübahisə yaranan zaman Nurlan onu təhqir edib və əlbəyaxa olublar.
Pərvin məhkəmədəki ifadəsində Nurlanı bağışladığını, şikayət və tələbinin olmadığını deyib.///musavat
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












