Bakıda «kamikadze» avtobus sürücüsü - VİDEO

İzlədiyiniz bu videonu oxuculardan biri Avtosfer.az saytına göndərib. Kadrlarda 10 TH 032 dövlət nömrə nişanlı, 88 saylı sərnişin avtobusunun yolun əks istiqamətinə çıxaraq yüksək sürətlə hərəkət etdiyi, qarşıdan gələn nəqliyyat vasitəsinə qəza şəraiti yaratdığı əksini tapıb. Amma bununla yanaşı, avtobus sürücüsünü qayda pozmağa məcbur edən məqamları da qeyd etmək yerinə düşər. Yolun soluna diqqətlə baxın. Birzolaqlı yolda iki avtomobil dayanıb. Özü də, bir-birinin əksinə. Sanki bu yolda kim necə istəsə hərəkət edə bilərmiş. Yolun daraldığını görən avtobus sürücüsü qarşı zolağa çıxmalı olur. Amma bu məqamda qeyd etmək lazımdır ki, məneə avtobusun hərəkət zolağında olduğu üçün o, qarşı yola çıxmazdan əvvəl oradan gələn avtomobilləri gözləməlidir. Lakin biz görürük ki, avtobus yüksək sürətlə hərəkət edir və bu səbəbdən də dayanıb gözləyə bilmir.
Bu videonu göndərən oxucunun yazdığı fikirləri də diqqətinizə çatdırmaq istərdik. Bu fikirlər daha çox Dövlət Yol Polisinin və Nəqliyyat Nazirliyinin rəhbərliyi üçün maraqlı olar. Əgər maraqlansalar…
- Bakıdakı avtobus sürücüləri bədnam düşmənlərimizlə müqavilə bağlayıblar ki, biz əhalini qıracağıq. Siz əziyyət çəkib güllə atmayın. Əgər belə olmasaydı onlar da qayda qanunla avtobus idarə edərdilər. Bu problemlər avtobus sürücülərinin cəzasızlığının nəticəsidir. Çünki onları heç kim cəzalandırmır. Nəqliyyat müfəttişliyi elan edir ki, reyd keçiririk. Budurmu keçirdikləri reydlərin nəticələri? Bu avtobus sürücülərinə kim icazə verir ki, onlar insanların həyatı ilə oynasın, onlara bədbəxtlik gətirsin. Hadisə baş verəndə də düşüb qaçırlar, sahibkarlar da onları gizlədir. İndi hansı dövrdə yaşayırıq ki, onları tapa bilmirlər?». Hər halda, bu sallara cavab vermək məsələnin həllinə yaxın sayılan bir işdir. Yetər ki, cavab boğazdan yuxarı olmasın.
Yeri gəlmişkən, yazının başlığını da elə bu videonu çəkən oxucumuz özü qoyub. Hər halda, oxucunu müəyyən mənada haqlı saymaq olar. Axı avtobus sürücüsü onun həyatına açıq-aşkar qəsd edib…
Elməddin
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












