Bakıda lüklərin üstü açıqdır: Qurumlar "bizlik deyil" dedilər - VİDEO

Bakının Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 511 ünvanındakı lüklərin üstü açıqdır. Bu səbəbdən avtomobillər və piyadalar üçün təhlükə var. Xüsusilə gecə saatlarında təhlükədən yayınmaq asan deyil.
Avtosfer.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı sosial şəbəkələrdə video yayılıb.
Məsələ ilə bağlı məlumat almaq üçün bir neçə quruma üz tutsaq da, "qapılar" üzümüzə bağlı qaldı.
Belə ki, Avtomobil Yolları Dövlət Agentliyi və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sözügedən məsələ ilə bağlı sorğumuza cavab olaraq məsuliyyətləri olmadıqlarını bildirdilər.
Yasamal Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətinin isə sözün əsl mənasında "adı var, özü yox". İki gün ardıcıl mətbuatla bağlı səlahiyyətli olan şəxsə zənglər etsək də, zənglərimiz cavabsız qaldı. Rəsmi hesab etdiyimiz şəxs isə - "mətbuatla bağlı sualları mən cavablamıram", - deyib bizi "qeybə çəkilən" mətbuat katibinə yönəltdi.
Oyunun qaydaları dəyişmədi. Biz qapı-qapı gəzdik, amma ortaya çıxan olmadı.
Sonda çıxardığımız nəticə isə odur ki, Bakıdakı lüklərin taleyi Allahın ümidinə qalıb…
(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












