Bakıda müştəriyə təcavüz edən taksi sürücüsünə səkkiz il həbs verildi

Bakıda müştəriyə qarşı zorakılıq edən taksi sürücüsünə hökm oxunub.
Avtosfer.az xəbər verir ki, hadisə ötən ilin 24 dekabr tarixində paytaxtın Səbail rayonu ərazisində baş verib.
Həmin gün Şirvan şəhər sakini olan Güllü İsmayılova (şərti) Lökbatan dairəsinə gedərək taksi gözləyib. Bu zaman “Mercedes-E320” markalı taksi avtomobilinin sürücüsü, Masallı rayon sakini, 1981-ci il təvəllüdlü Etibar Qədimov (şərti) ona yaxınlaşıb və daha üç müştəri götürəndən sonra yola düşəcəyini bildirib. Bir qədər keçdikdən sonra, saat 23 radələrində sürücü müştərilərin gəlmədiyini, onları gedib Bibiheybət qəsəbəsi ərazisindən götürəcəyini deyib və avtomobili şəhərə doğru sürüb. O, maşını qəsəbə ərazisində saxladıqdan sonra arxa oturacağa keçərək bıçaqla qadını hədələyib və cinsi təcavüz edib.
Bundan sonra E.Qədimov G.İsmayılovanı avtomobillə yenidən Lökbatan dairəsinə gətirərək düşürüb. Bu zaman G.İsmayılova Etibarın sürdüyü maşının şəklini çəkib və oradan polisə zəng edərək məlumat verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 149 və 150-ci (Zorlama və seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə cinayət işi açılıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin bir neçə gün əvvəl çıxardığı hökmlə taksi sürücüsünə səkkiz il həbs cəzası verilib.
Qafqazinfo
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












