Bakıda narkotik satan daha 4 nəfər saxlanılıb - FOTO - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Növbəti əməliyyat zamanı Suraxanı, Əmircan, Bülbülə, Yeni Günəşli, eləcə də rayonun inzibati ərazisinə daxil olan digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 4 nəfər tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, tədbir zamanı paytaxt sakinləri Əli Şahrzayev və Allahverdi Allahverdiyev saxlanılıb. Onların üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Bu şəxslər ifadələrində narkotik vasitələri tanışları olan Suraxanı rayon sakini Qadir Ağayevdən aldıqlarını bildiriblər. Əməliyyat zamanı həmin şəxs də saxlanılaraq istintaqa təqdim olunub. Q.Ağayevin üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 4 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Qeyd edək ki, narkotik vasitələrin satışı ilə məşğul olan Qadir Ağayev əvvəl məhkum olunub. O, məhkumlar üçün nəzərdə tutulan elektron qolbaqla təchiz edilib. Buna baxmayaraq Q.Ağayev yenidən narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün saxlanılıb.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Tofiq Məlikov saxlanılıb. Onun üzərindən 1 kiloqram 70 qram heroin və satışı qadağan olunan psixotrop tərkibli “Tramadol” həbi aşkar olunaraq götürülüb.
Adları sadalanan şəxslər barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanların digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu










