Bakıda növbəti avtobus biabırçılığı - VİDEO

Bu gün səhər saatlarında da Bakının bir çox yerlərində yollarda tıxac hökm sürürdü. Əsasən Binəqədi rayonu ərazisində, Beynəlxalq Avtovağzal ətrafında, “20 yanvar” metrosu yaxınlığında, Rəsulzadə qəsəbəsi ərazisində, Bakı-Sumqayıt yolunda, Xırdalan-Biləcəri istiqamətində və bir çox yerlərdə yollarda avtomobillərin hərəkəti iflic vəziyyətə düşmüşdü.
Baxmayaraq ki, Bakı şəhər Dövlət Yol Polis İdarəsi və Nəqliyyat Nazirliyi tərəfindnə bildirilmişdi ki, sentyabrın 15-dən gücləndirilmiş iş rejiminə keçiblər. Lakin yol polisinin işi yollarda hiss olunmur. Eləcə də, Nəqliyyat Nazirliyinin gücləndirilmiş iş rejiminə keçməsi də avtobuslarda basabasın, qapıların açıq vəziyyətdə idarə olunmasının və digər problemlərin aradan qaldırılmasına heç bir təsir etməyib.
Qeyd edək ki, Beynəlxalq Avtovağzal yaxınlığında tıxac olduğu üçün bir çox sərnişin avtobusları yolun əks istiqamətində hərəkət edirdilər. Yolun əks istiqamətində hərəkət edən 91 saylı sərnişin avtobusunun sürücüsü bunu ümumi qrafikdə gecikmə ilə izah edib.
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












