Bakıda ölüm təhlükəsi saçan sərnişin avtobusu nəzarətə götürüldü - RƏSMİ + VİDEO

Bakı Nəqliyyat Agentliyi Sabunçu rayonu ərazisində 163 nömrəli sərnişin avtobusunun insanların həyatını təhlükəyə atmasını əks etdirən görüntülərlə bağlı açıqlama verib.
BNA-nın mətbuat katibi Mais Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, təqdim edilən video görüntülər qurum tərəfindən nəzarətə götürülüb:
“163 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarçısı Nürəddin Alıyev məsələ ilə bağlı izah verməsi üçün Agentliyə çağırılıb. 163 nömrəli marşrut xətti üzrə sərnişindaşımaların vəziyyəti heç də ürəkaçan deyil. Bu barədə dəfələrlə daşıyıcı Nürəddin Alıyevə xəbərdarlıq edilib. Lakin görünən odur ki, müsbətə doğru dəyişiklik yoxdur.
Bu hal bir daha bəzi daşıyıcıların işini sərnişindaşıma tələblərinə uyğun qurmadığını, vətəndaşların rahatlığından daha çox maddi maraqlarını üstün tutmasını göstərir. Bu isə qəbuledilməzdir. Belə davam edəcəyi təqdirdə daşıyıcı ilə müvəqqəti istismara dair müqaviləyə yenidən baxılacaq və marşrut xətti müsabiqəyə çıxarılacaq”.
“Konkret görüntülərə gəlincə bildirim ki, sərnişin avtobusunun bu formada idarə olunması həm yol hərəkəti həm də sərnişindaşıma qaydalarına ziddir.
Doğrudur, avtobusun qapısı açıq formada idarə olunması kimi inzibati xətalara nəzarət və müvafiq tədbirlərin görülməsi birbaşa bizim səlahiyyətə aid olmasa da Agentlik öz səlahiyyətləri çərçivəsində bu kimi hallara qarşı müəyyən tədbirlər görür”, - deyə M.Ağayev qeyd edib.
Qeyd edək ki, Baku.ws-in məluamtına görə, səhər və axşam 163 nömrəli avtobusun sürücüləri yol-hərəkəti qaydalarına əməl etmir, avtomobili qapıları açıq şəkildə idarə edirlər.
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Əli Əsədov qərar imzaladı
Prezidentdən deputatla bağlı - Sərəncam
İnzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən vəzifəli şəxslərin siyahısı DƏYİŞDİRİLDİ
Tərxis olunan hərbi qulluqçuların NƏZƏRİNƏ!
İki idarə rəisini vəzifədən azad etdi








