Bakıda özünü polis kimi təqdim edənlərin fırıldağı - FOTO

Son vaxtlar paytaxt küçələrində nizamsız parklanma ilə bağlı reydlər artıb. Məhz bununla əlaqədar bəzi sürücülər avtomobillərinin cərimə meydançasına aparılmaması üçün müəyyən üsullardan istifadə edirlər. Bəzi vətəndaşlar polis formasını, papağını, dəyənək və s. avtomobildə görünəcək yerlərə qoyurlar. Bununıa da, onlar yol polislərinə maşının sahibinin də hüquq-mühafizə əməkdaşı olmasına işarə edirlər. Hətta bu üsuldan polis əməkdaşı olmayan adi vətəndaşlar da istifadə edirlər.
Bakı şəhər Dövlət Yol Polis İdarəsindən isə belə halların azaldığını bildirirlər. Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov baku.ws-ə açıqlamasında deyib ki, yol polisi qayda pozan hər kəsə eyni münasibət göstərir. "Yol hərəkəti qaydalarını pozan istənilən sürücü cərimələnir və maşını cərimə meydançasına aparılır. Əvvəllər sürücülər vəzifələrindən istifadə edərək məsuliyyətdən yayınmağa çalışırdılar. Amma indi belə hallar azalıb”, - deyə Vaqif Əsədov bildirib.
Qurum rəsmisi deyir ki, yol polisi belə şəxsi avtomobilini nizamsız, qadağan olunan yerdə saxlayarsa, onun barəsində tədbir görülür. Həmin maşın dərhal cərimə meydançasına aparılır.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək













