Bakıda Prezidentin korteji tıxaca düşdü - ÖZƏL

Ötən həftə Bakıda maraqlı olay yaşanıb. Gürcüstanın Azərbaycandakı səfirliyində keçmiş prezident Eduard Şevardnadzenin ölümü ilə bağlı anım mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev bununla əlaqədar olaraq bışsağlığı vermək üçün səfirliyə gedib. Lakin səfirliyin yaxınlığında gözlənilməz olay baş verib…
Hadisə şahidlərinin Avtosfer.az saytına verdiyi məlumata görə, həmişə olduğu kimi, bu dəfə də Prezidentin avtomobil kortejini Bakı şəhər Baş Polis İdarəsinin rəisi müavini, general-mayor Həsən Şirinov müşaiyət edirmiş. Yəni, 10 AA 103 dövlət nömrə nişanlı polis maşını kortejin önündə hərəkətdə imiş. Lakin bu dəfə elə həmin avtomobilin səhvi ucbatından Prezidentin avtomobil karvanı «Gənclik» metrostansiyası yaxınlığında, daha doğrusu Teymur Əliyev küçəsində yerləşən Gürcüstan səfirliyinə gedən yolda tıxaca düşüb. Gözlənilməz hadisə çaşqınlığa səbəb olsa da, Prezidentin müşafizə xidməti vəziyyətdən çıxa bilib və hərəkət davam etdirilib.
Hadisə şahidlərinin bildirdiyinə görə, Prezidentin avtomobil karvanının qəflətən tıxaca düşməsi ətrafdakı insanların da marağına səbəb olub. Sonradan məlum olub ki, buna səbəb general Həsən Şirinovun sürücüsünün yolu səhv getməsi olub. Belə ki, sürücü əvvəlcədən təyin olunmuş yerdən yox, başqa küçədən dönüb, yol polisi isə həmin küçədə təhlükəsizlik tədbiri görməyibmiş. Mühafizə xidmətinin çevikliyi nəticəsində kortej qısa müddətdə tıxacdan çıxıb və heç bir problem olmadan hərəkəti davam etdirib. Həsən Şirinovun da olduğu polis avtomobili isə dərhal marşrutdan çıxarılıb. Hadisə ilə bağlı aparılan araşdırmalar zamanı sürücünün səhvi üzə çıxıb və o, polis orqanlarından uzaqlaşdırılıb.
Avtosfer.az saytı məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovla əlaqə saxlayıb. V.Əsədov bildirib ki, o, səhhəti ilə əlaqədar olaraq hospitalda müalicə olunur və bu barədə heç bir məlumatı yoxdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə da Avtosfer.az-a deyib ki, məsələ ilə bağlı məlumatsızdır: «Nahardan sonra əlaqə saxlayın, məlumat olsa, deyərik».
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI













