Banner

Bakıda qadının maşınını oğurlayıb tanınmış meyxanaçıya verdilər – ŞOK XƏBƏR

Xəbərlər 13 Fevral 2017 12:39 Oxunub 20538
Bakıda qadının maşınını oğurlayıb tanınmış meyxanaçıya verdilər – ŞOK XƏBƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Meyxanaçı İntiqam saxta sənədlə avtomobili öz adına keçirib

Bakıda qəribə oğurluq hadisəsi baş verib. Bakı şəhər sakini Mətanət Əliyevaya məxsus ağ mirvari rəngli «Lexus RX 350» markalı, 90 DX 350 nömrə nişanlı minik avtomobili oğurlanıb. Bu barədə Avtosfer.az-a Mətanət Əliyevanın yaxın qohumu Elnarə Məhərrəmova məlumat verib. O bildirib ki, avtomobil saxta yolla Bakıda yerləşən notariat kontorunda Sumqayıt şəhər sakini Rüstəmov Rüstəm İntiqam oğluna Əliyeva Mətanətin iştirakı və razılığı olmadan 09.09.2015-ci ildə alqı-satqı müqaviləsi imzalanaraq satılıb. Satıldıqdan sonra avtomobilin dövlət nömrə nişanı dəyişdirilərək (50 DA 919) Sumqayıt şəhər sakini Rüstəmov İntiqam Fətulla oğluna verilib: «Əliyeva Mətanətə məxsus minik avtomobili onun razılığı və imzası olmadan necə satıla bilər? 2009-cu ildə Mətanətin həyat yoldaşı hədiyyə olaraq onun adına “Lexsus RX 350” markalı avtomobil alıb. 21.07.2012-ci ildə Mətanət Əliyeva tərəfindən tanışı, Rusiya Federasiyasının vətəndaşı olan Murad Səfərova maşını idarə etmək üçün müvəqqəti etibarnamə verib. Sonra Murad Rusiyaya qayıdacağını və maşını qaraja qoyduğunu bildirdi. 06.09.2012-ildə Murad Səfərovun adına verilən vəkalətnamə ləğv edildi. Sonra məlum oldu ki, 09.09.2015-ci ildə natariusda Əliyeva Mətanətin adından, xəbəri və iştirakı olmadan alqı-satqı yolu ilə maşın Rüstəmov Rüstəm İntiqam oğluna, 10.09.2015-ci il tarixində Rüstəmov Rüstəm İntiqam oğlu Rüstəmov İntiqam Fətulla oğlunun adına 50 DA 919 dövlət qeydiyyatı nömrəsi ilə Sumqayıt şəhərində sənədləşdirib. Maşın hal-hazırda Sumqayıt şəhərində Rüstəmov İntiqam Fətulla oğlundadır».

Zərərçəkən istəyir ki, göstərilən oğurluq faktı düzgün araşdırılsın və Mətanət Əliyevaya məxsus olan «Lexus» markalı avtomobilin tapılıb üzə çıxarılması üçün tədbirlər görülsün: «Bu işdə əli olan və qanunu pozan şəxslər isə araşdırılıb cəzalandırılsın. Ötən ayın 18-də məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına ərizə yazılıb. Bütün faktlar aşkardadır, amma heç bir iş görülməyib. Mətanət xanımın saxta yolla satılan maşınını ilə bağlı şikayət ərizəsinə Sabunçu rayon 12 saylı polis bölməsində Aqil adlı bir şəxs baxır. Mətanət xanım 10.02.2017-ci il tarixində onunla əlaqə saxlayaraq “Nəyə görə maşın hələ də axtarışda deyil? Bu iş niyə uzanır?” soruşanda, polis cavab verərək “axşamı gözləyin, məlumat verəcəm” dedi. Axşam zəng edib bildirdi ki, “İntiqam burada yoxdur. 5-6 gündən sonra gələcək. Oğlu sabah maşını gətirəcək. Gəlin maşının ya açarlarını, ya da «texpasport»unu götürün. İntiqam Rusiyadan qayıdandan sonra maşını sizin adınıza keçirəcək. Siz hələlik gəlin maşının açarını və şikayət ərizənizi geri götürün». Mətanət xanım da bildirdi ki, «mənə maşının açarı lazım deyil. Mən maşınımı əvvəlki nömrə ilə qanuni olaraq öz adıma keçirilərək geri isdəyirəm”. Polis isə şikayət ərizəsinin geri götürülməsində israrlıdır. Burada onun məqsədi nədir? Maşının kimdə olduğu və necə satıldığı məlum olduğu halda niyə hələ də tədbir görülməyib?».

Vətəndaşın arqumentləri kifayət ciddi və əsaslıdır. Avtosfer.az-ın əməkdaşı da bununla əlaqədar olaraq hazırda avtomobili idarə edən İntiqam Rüstəmovla əlaqə saxlayıb. 

Qeyd edək ki, İntiqam Rüstəmov məşhur meyxanaçıdır və qardaşı Ehttramla birlikdə «Tı kto takoy, davay do svidaniya» meyxanası ilə tanındılar. İntiqam Avtosfer.az-ın məsələ ilə bağlı suallarını dinlədikdən sonra əvvəlcə bu məsələdən xəbərsiz olduğunu, sonra avtomobili Mətanət Əliyevanın həyat yoldaşından aldığını və onun dost olduğunu deyib. Ardınca isə «sizinlə az sonra əlaqə saxlayıb açıqlama verəcəm» desə də, iki həftədir ondan səs-soraq yoxdur…

Maraqlısı budur ki, İntiqam avtomobilin oğurluq olduğunu bilir, lakin onu elə ələ keçirib ki, hətta maşının yeni nömrəsini - 50 DA 919 dövlət nömrə nişanı özünün mobil telefon nömrəsinin sonuncu rəqəmlərinə uyğun alıb. Görəsən, bu qədər arxayınçılıq haradandır?...

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh