Bakıda qanunsuz işləyən əyləncə klubu aşkarlanıb, 100-dən çox şəxs cərimələnib - VİDEO

Paytaxtın Nəsimi rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən əyləncə klubu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan obyektin sahibi, xidmət personalı və məkanda olan digər şəxslər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Ümumilikdə 100-dən çox şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilməklə, inzibati tənbeh tədbiri tətbiq olunub.
Sahibkarlıq subyektinin rəhbərliyi barəsində isə müvafiq araşdırmalar davam etdirilir. Nəticədən asılı olaraq onun əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












