Bakıda qəribə yol qəzası; səbəbkar polis maşınıdır? - VİDEO

Bakıda polis maşını qəzaya səbəb olub. Hadisə bu gün səhər saatlarında Maştağa-Zabrat yolunda (hamamın svetoforu adlanan ərazi) baş verib. Hadisə şahidinin Avtosfer.az-a verdiyi məlumata görə, Post-Patrul Xidmətinin maşını Maştağa yolunda qaydanı pozaraq qarşıdan gələn maşının yoluna çıxır. Bu zaman yol kəsişməsində «Kamaz» markalı, 99 JA 652 dövlət nömrə nişanlı yük maşını başqa bir minik maşını ilə toqquşub. Qəza zamanı minik maşınının sürücüsü xəsarət alıb.
Oxucu həmin qəza anının videosunu da göndərib. Videodan göründüyü kimi, PPX avtomobili sayrışan işıqları yandıraraq hərəkət edir. Qanun buna imkan verir. Lakin məsələ burasındadır ki, polis avtomobilinin sürücüsü təhlükəsizliyi nəzərə almadan bu hərəkəti edir.
Diqqətlə baxdıqda görürük ki, «Kamaz»ın sağ tərəfi ilə hərəkət edən tünd göy rəngli avtomobil PPX maşını keçən kimi bir anda «Kamaz»ın qarşısında peyda olur. Özü də çəpinə. Maraqlıdır, bu avtomobil «Kamaz»ın sağ tərəfi ilə getdiyi şalda onun qarşısına necə çıxdı? Belə qənaətə gəlmək olar ki, «Kamaz» sürücüsü onu görür və asta hərəkətlə irəli gedərək ona yol verir. Lakin PPX avtomobili qəflətən yola çıxdığı üçün tünd göy rəngli avtomobil «Kamaz»ın qarşısında qəflətən dayanmalı olur və qəza baş verir.
Elmin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












