Bakıda qeyri-adi inşaat: Binanın eyvanı yeni tikilinin içərisində qaldı - VİDEO

Paytaxtın Səbail rayonunda tikilən yeni bina görənləri heyrətə gətirir. Səbəb isə köhnə binanın eyvanının yeni tikilən binanın içərisində olmasıdır. Burada həm təhlükəsizlik qaydaları, həm də tikinti şərtləri kobud şəkildə pozulub və tikili sakinlər üçün potensial təhlükə mənbəyinə çevrilib.
Söhbət Səbail rayonu, Rastrapoviç küçəsindən gedir.
Buradakı üçmərtəbəli köhnə bina sovet dövründə tikilib. Təxminən 10 il öncə burda 13 mərtəbəli yeni bina inşa edilməyə başlanıb. Əvvəlcə yeraltı qaraj adı ilə tikintiyə başlansa da, sonradan bu, çoxmərtəbəli binaya çevrilib.
Bir neçə ildir ki, binanın tikintisi dayandırılıb. Səbəb isə vəsaitin olmamasıdır.
Sakinlər vəziyyətlə bağlı Səbail Rayon İcra Hakimiyyətinə də müraciət ediblər. Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, sakinlərin şikayəti dinlənilib, məsələ araşdırılır. Bununla bağlı müvafiq qurumlara müraciət ünvanlanacaq.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












