Bakıda quraşdırılan danışan işıqforlar problem yaratdı

Bakı şəhərinin müxtəlif küçələrində gözdən əlillər üçün quraşdırılan səsli işıqforlar normal işləmir. Avtosfer.az-ın məlumatına görə, bunu report-a görmə qüsurlu insan, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvü bildirib. Onun sözlərinə görə, danışan işıqforlar görmə qüsurlu insanlara kömək etmək əvəzinə, problem yaradır: "Səsli işıqforlar yaşıl işıqda "dur", qırmızı işıqda "keç" sözlərini səsləndirir. Bundan əlavə, həmin işıqforların səsi də həddən artıq anlaşılmazdır. Vəziyyət o həddə çatdı ki, bir qrup gözdən əlil insan olaraq məlumatları səlis səslə yazdırıb istifadə olunması üçün müvafiq quruma təqdim etdik. Bir ay keçsə də, heç bir xəbər yoxdur".
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin "Siqnal idarəsi"nin sahə rəisi Nəriman İsrafilov məsələ ilə bağlı bildirib ki, səsli işıqforlarla bağlı problem doğrudan da yaşanır: "Bununla bağlı idarəyə şikayətlər də daxil olub. Yaxın günlərdə Türkiyədən yeni səsli işıqforlar gətirilərək əvvəldən qoyulanlarla əvəzlənəcək.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












