Bakıda restoranın fəaliyyəti dayandırıldı - FOTO - VİDEO

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 74 ünvanında yerləşən "Organic" restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki:
- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik xətləri yanar materialların üzəri ilə çəkilib;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;
- yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib;
- obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu ilə tam təchiz edilməyib;
- obyektin zalında işıqlandırıcıların üzəri və ətrafında bəzək məqsədilə tezalışan plastik məmulatlardan istifadə olunub;
- giriş-çıxış yolları və otaqların divarları taxta materiallarla üzlənib və taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb;
- obyekt "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmayıb;
- obyektdə Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan yenidənqurma işləri aparılıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 74 ünvanında yerləşən "Organic" restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO






















