Bakıda sərnişin avtobusları üçün xüsusi yollar ayrılacaq - AUDİO

“Avropa Oyunlarının loqosu vurulan yerlərdən oyunlardan sonra ictimai nəqliyyatın istifadəsinə veriləcək”. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki , bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS ÇM radiosuna açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda bu barədə müzakirələr aparılır. Əgər bu ideya məqsədəuyğun hesab edilərsə, o zaman paytaxtda avtobuslar üçün xüsusi yollar ayrılacaq.
“Ümumiyyətlə yolun sol tərəfi təcili yardım, fövqəladə hallarda keçən avtomobillər üçün nəzərdə tutulub. İndi imkan olarsa, həmin yollar ictimai nəqliyyatın istifadəsinə verilə bilər”, - deyə Namiq Həsənov bildirib.
Nazirlik rəsmisi son günlər aeroport istiqamətinə işləmək üçün ayrılan avtobuslarda gediş haqqının 1 manata qaldırılmasına münasibət bildirib. Onun sözlərinə görə, bu barədə dəqiq məlumat yoxdur.
“Baku Bus”un gətirdiyi yeni avtobusların aeroport istiqamətinə 1 manata işləməsinə gəlincə, bu barədə məlumatlar dəqiq deyil. Çünki avtobusda gedişhaqqılar yalnız Tarif Şurasının qərarı ilə dəyişdirilə bilər”, - deyə N.Həsənov vurğulayıb.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












