Bakıda sexdən 6 000 manatlıq əlvan metal oğurlanıb
Xəbərlər
4 May 2022 13:09
Oxunub 1010

Bakıda sexdən 6 000 manatlıq əlvan metal oğurlanıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə mayın 1-nə keçən gecə rayon ərazisindəki sexlərin birindən 6 000 manat dəyərində əlvan metalın oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizaməddin Ağayev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













