Bakıda sürücü mədəniyyəti bu səviyyədədir - FOTO

Bakı şəhərinin ictimai nəqliyyatında acınacaqlı vəziyyət artıq pik həddə çatıb. Avtobusları dayanacaqda saxlamadıqca, fərdi avtomobillər onların yerini “tutur”. Milli.Az-ın məlumatına görə, avtobuslar hər yerdə saxlayır, insanları yol boyu toplayır, dayanacaqda saxlamaq isə əhəmiyyətini itirir. Bunun da məntiqi nəticəsi olaraq avtobus dayanacaqlarını fərdi avtomobil sahibləri zəbt edirlər. Belə bir vəziyyəti tam çılpaqlığı ilə göstərən fotoları oxuculara təqdim edirik.
Bakı Şəhər Yol Polisi İdarəsindən bildirildi ki, avtobus dayanacaqlarının sürücülər tərəfindən zəbt edilməsi üzündən avtobuslar yollarda bir neçə cərgəli növbələr yaradırlar. Bu da nəqliyyat vasitələrinin hərəkətinə ciddi mane olur və yollarda süni tıxacların əmələ gəlməsinə səbəb olur. Bəzən isə avtobuslar tıxacı dəf etmək üçün yolun əks istiqamətli hərəkət zolağına çıxırlar ki, bu da qəza şəraiti yaradır. İdarədən deyildi ki, mütəmadi aparılan reydlər çərçivəsində avtobus dayanacaqlarının zəbt edilməsi ilə bağlı avtomobillər evakuasiya edilməklə müvəqqəti mühafizə olunan dayanacaqlara daşınır.
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI

















