Bakıda sürücü ona yazılan cəriməni görün necə ləğv etdirdi - FOTO

Bakıda sürücü yol polisinə yazdırdığı protokolu ləğv etdirib. Avtosfer.az xəbər verir ki, baku.ws-ə danışan sürücü Orxan Məmmədli bildirir ki, bir müddət öncə yol polisi smartfondan istifadəyə görə onu saxlayaraq əsassız şəkildə cərimələyib: "Koroğlu metrosu tərəfdən üzü aeroport istiqamətində hərəkət edərkən yol polisi maşını mənim avtomobilimi saxlatdı. Polis mənə əlimdə telefon olduğu üçün qanunu pozduğumu bildirib. Mən ona əlimdəkinin telefon deyil, smartfon tipli cihaz olduğunu söylədim. Avtomobildə hərəkət edərkən həmin cihazda xəritəyə baxırdım. Ancaq polis mənimlə razılaşmadı və cihazın telefon olduğunu bildirdi. Mən polisə bildirdim ki, qanunda smartfon tipli cihazlarla bağlı hər hansı qadağa yoxdur".
Sürücü bildirir ki, əslində qanunla telefonla danışmaq və telefondan istifadə etmək qadağandır: "Mən isə cihazdan istifadə edərkən telefon kimi istifadə etməmişəm və qanunun tələblərini pozmamışam. Polis protokol yazaraq məni cərimələdi. Daha sonra qərardan şikayət verdim və həmin protokol ləğv edildi".
Protokol yazıldıqdan sonra sürücü 10 gün müddətinə şikayət vermək hüququna malikdir. Ancaq polis yazılan cəriməni dərhal sistemə daxil edib ki, sürücü qərardan şikayət verməsin. Telefonuna mesaj gələn Orxan protokol yazıldıqdan bir neçə dəqiqə cərimənin sistemə vurulduğunun şahidi olub. Təbii ki, bu cür hal yol verilməzdir.
Qeyd edək ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların 342-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat cərimə nəzərdə tutulur. Yəni, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması maddəsində telefondan istifadə qanun pozuntusu sayılır. Smartfonların istifadəsi ilə bağlı hər hansı qadağa qeyd edilmir.
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi










