Bakıda tapdığı silahı satmaq üçün özündə saxlayan şəxs tutulub

Vətəndaşlarda olan odlu silah-sursatın könüllülük əsasında təhvil verilməsi və əməliyyat yolu ilə əldə olunması istiqamətində polis əməkdaşları tərəfindən aparılan tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş paytaxt sakini - 1976-cı il təvəllüdlü Rüfət Bayramov saxlanılıb.
Onun üzərinə baxış zamanı 1 ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş “TOZ-8” modelli tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb. R.Bayramov silahı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












