Bakıda təkər təmirçisindən insanlıq dərsi - FOTO

Facebook istifadəçisi Ənvər Yavəroğlu öz profilində maraqlı bir məlumat paylaşıb. Avtosfer.az-ın məlumatına görə, Ənvər bəy Bakıda əsl insanlıq göstərən bir hadisənin təfərrüatlarını yazıb. Onun yazdıqlarını olduğu kimi təqdim edirik və belə insanlarla qürur duyduğumuzu bildiririk:
Üzümü bütün günü «bizim millət belə, bizim millət elə» deyib ancaq gözəl millətimin görünməsi lazım olmayan tərəflərini görənlərə tutub bildirirəm!
Maşını işin qabağında, gediş-gəlişli teretuarın düz kənarında saxladım. 7 saat orada olub. Sağ qabaq şüşə isə tamamilə açıq qalıb. Maşının içərisində macbukum, proyektorum, sənədlərim, müxtəlif aksesuarlar, saatım, istifadə etmədiyim portmanatımm və 6 ədəd parfumum vardı. Əlavə isə arxada ofisin müxtəlif əşyaları, komputerlər, məhsullar.
Mən maşına yaxınlaşanda onu şəkildə göründüyü kimi gördüm. Qapını açıb baxdım ki, şüşə açıq qalıb. Və kimsə götürüb ora qəzet yapşdırıb ki, maşının şüşəsini açıq görməsinlər və içəri nəsə atmasınlar. Mən bunu kimin etdiyini tapdım. Maşından bir neçə metr kənarda təkər təmirində çalışanlar ediblər. Onlara dərindən təşəkkürümü bildirdim. Sabah isə onlara hədiyyə verəcəm və yenidən təşəkkür edəcəm.
Bu da həmin qardaş - Rəşad!
Rəşad təkər təmirində çalışır. Gecələr də oradakı mağazalarda köməklik edib çörəkpulu qazanır.
Halal olsun sənə, qardaş!
Beləliklə mənim əziz dostlarım! İnsanları sevmək üçün bəhanə lazımdır. Səbəb axtarmayın! Mənim millətim məni qürurlandırır! Ətrafımızda bu qədər gözəl hadisələr olur. Bunları dəyərləndirmək lazımdır ki, çoxalsınlar!
Ən azından yolu keçərkən maşını saxlayıb sizə yol verənlərə təşəkkür edək ki, onlar da stimul alsınlar».
Fidan
Bu yolda sürət həddi endirildi - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda duman olacaq
Bakıda yaşayanlara VACİB XƏBƏR! - Bu gündən etibarən...
Yollarda görünüş MƏHDUDLAŞACAQ - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!
Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola salınıb - FOTO - YENİLƏNİB
5 milyona görə Vasif Talıbovu günahlandırır - Bu məmurların da adı keçir
Dövlən Agentliyi MAXE qəbulu başladı - Yaş və boy bu qədər olmalıdır
Prezident yeni qanun imzaladı - Xərclər qismən geri ödəniləcək
Azərbaycanda utilizasiya olunan köhnə maşınların sayı açıqlandı
İlham Əliyev Sərəncam İMZALADI
Baş nazir xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERDİ











