Bakıda top mərmisi tapılıb - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-dən Avtosfer.az-a verilən məlumata görə, bununla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniklər qrupu cəlb edilib.
İlk növbədə, XRXX-nin əməkdaşları hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birlikdə ərazidəki insanları təhlükəsiz məsafəyə uzaqlaşdırıb və kənar şəxslərin əraziyə girişini məhdudlaşdırıb. Sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı 1 ədəd 76 millimetrlik top mərmisinin döyüş tətbiqinə yararsız gövdəsi aşkar olunaraq ərazidən götürülüb.
Hadisə yerinə və yaxın əraziyə təkrar baxış zamanı hər hansı başqa şübhəli və ya təhlükəli əşya aşkar edilməyib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı















