Bakıda xanım sürücü ilə müxalifətçi üz-üzə - MƏHKƏMƏ HƏDƏSİ – VİDEO

Suçlu xanımın qohumları zərərçəkəni hədələdilər. Avtosfer.az xəbər verir ki, bu barədə Cəmil Hacıyev criminal.az-a bildirib ki, dekabrın 6-da, saat 15-00 radalərində şəhərin Bəşir Səfəroğlu küçəsində etibarnamə ilə idarə etdiyi "Mercedes" markalı maşını xanım sürücü tərəfindən vurulub. Qəzada günahkar tərəf eyni markalı maşını idarə edən xanum sürücü olub.
Şikayətçi qeyd edir ki, xanım sürücünün idarə etdiyi maşının nə icbari, nə də kasko sığortası olub. Bu isə tərəflər arasında narazıçılıq yaradıb. Xanım zərərçəkən tərəfə maşının düzəldiləcəyini bildərsə də, zərərçəkən Cəmil Hacıyev hər şeyin qanun əsasında olmasını istədiyini bildirib. Lakin hadisə yerinə gələn YPX onun xəsarət alıb-almaması, xanım sürücünün ayıq olub-olmaması ilə maraqlanmayıb.
Bakı Şəhər Yol Polis İdarəsinin mayor rütbəli əməkdaşı özünü təqdim etmədən sənədləri hadisə yerinə gələn çavuşlardan götürüb tərəflərin ələqə telefonlarını yazmaqla onları bir saata Bakı Şəhər Yol Polis İdarəsində olmalarını bildirərək vəzifəsini bitmiş hesab edib. İdarə etdiyi maşın qəzadan sonra idarə olunmaz həddə olduğundan YPX tərəfindən evakuator çağırılıb. Lakin hadisə törədən tərəf evakuatorun pulunu verməkdəndə imtina edərək ironiya ilə "get "QAİ"dən al" deyərək hadisə yerindən uzaqlaşıb. Hadisədən sonra səhhətində problem yaranan Cəmil Hacıyevə 103 xidmətinin işçiləri sakitləşdirci iynə vuraraq onu evə yola salıblar. Onun halı yaxşı olmadığından Bakı Şəhər Yol Polis İdarəsinə gedə bilməyib. Cəmil Hacıyev hadisənin ona qarşı təxribat olmasını istisna etmir: "Belə ki, qarşı tərəfin polis qohumu ona zəng edib məhkəməyə verəcəyi ilə hədələyib. Xanım "stop" nişanına baxmadan yüksək sürətlə hərəkət edirdi, hadisədən nə qədər yayınmaq istəsəm də, münkün olmadı. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu 36-ci maddəsinin 3-cü bəndində bilidirilir: Yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar".
Xatırladırıq ki, Cəmil Hacıyev Milli Şuranın üzvü və ictimai aktiv siyasətcidir.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










