Bakıda yeni asfalt qatı çəkilən yolda PROBLEMLƏR - VİDEO

Bakıda yeni asfalt qatı çəkilən yolda hərəkətin təşkilində həm sürücülər, həm də piyadalar problemlə üzləşiblər.
Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Yasamal rayonunun M.Müşfiq küçəsindən gedir. Sözügedən ərazidə asfalt-beton örtüyü yenilənəndən sonra məhəlləyə giriş-çıxış hissədə qırıq xətlər ləğv edilib. Bu da ərazidə yaşayan sakinlərin işini bir qədər çətinləşdirib. Daha doğrusu, yolunu uzadıb.
Yolda problem tək bu deyil. Asfalt örtüyü dəyişdikdən sonra yol cizgi xətləri və velosiped zolağı çəkilib. Amma piyada zolağından başqa. Piyadalar da yolun əks tərəfinə keçməkdə çətinliklə üzləşirlər. Baxmayaraq ki, nişan var, amma zolaq yoxdur.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, təmir yekunlaşan küçədə xətləmə işləri tam yekunlaşmayıb. Nişanların mövcud olduğu yerlərdə piyada zolaqları çəkiləcək. ''Hərəkət iştirakçıları ərazidə quraşdırılan nişanların tələblərinə riayət etməlidirlər'', - deyə agentlikdən bildirilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












