Bakıda yeraltı keçidə su damır - VİDEO

Bakının Səbail rayonunda yerləşən yeraltı piyada keçidlərindən birində xoşagəlməz vəziyyət yaranıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı qafqazinfo-ya həmin ərazidə yaşayan vətəndaşlardan biri müraciət edib.
O bildirib ki, Su İdman Sarayının qarşısında yerləşən keçidin tavanından artıq iki həftədən çoxdur ki, su damır.
Vətəndaş qeyd edib ki, əraziyə qablar qoyulsa da, su ətrafa yayılır. Keçidin sürüşkən olması isə insanların, xüsusilə uşaqların və yaşlıların keçiddə hərəkətinə təhlükə yaradır.
Məsələ ilə əlaqədar keçidlərə cavabdeh qurum olan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu göndərsək də, cavab ala bilmədik.
Suyun damması ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə də müraciət etdik. Qurumdan verilən cavab belə oldu: “Su İdman Sarayının yanındakı keçidin tavanından suyun axmasının İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqəsi yoxdur. Adətən belə hallar ətraf ərazilərin normadan artıq sulanması nəticəsində baş verir. Ərazilərdə yaşıllıqların sulanması işləri Xidmətin fəaliyyət sferasına aid deyil”.
Həmin görüntüləri təqdim edirik:
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












