Bakıda yol çökdü; deputat söz verdi - FOTOLAR

Nəsimi rayonu Rəsul Rza küçəsi 74 ünvanında yaşayan 7 ailə “qafqazinfo”ya müraciət edib. Sakinlərin sözlərinə görə, həyətlərinin giriş hissəsi tamam çöküb: “Çökən hissənin altı 5-6 metr dərinliyində yarğandır. Həyətə yeganə giriş-çıxış yolumuz çökdüyü üçün vəziyyət çox acınacaqlıdır. Problemlə bağlı müraciət etmədiyimiz təşkilat qalmayıb. Gəlib baxıb, şəklini çəkib gedirlər. Amma problem hələ ki qalır”.
Məhəllə sakini Kifayət Həsənova qeyd edib ki, həyətin uşaqlı ailələri hər hansı bir xətadan qorunmaq üçün başqa yerdə müvəqqəti ev tutublar: “Nə çörək ala bilirik, nə də su. Qonşular yarğanın üstünə qoyulan dəmir nərdivandan akrabatik hərəkətlərlə o tərəf, bu tərəfə keçir. Biz FHN-ə də, Nəsimi rayon İcra hakimiyyətinə də, jekə də müraciət etmişik. Jek deyir ki, mənzillər özəlləşdirilib, özünüz təmir edin. Küçəni biz düzəltməliyik ki? Yaranmış fövqəladə hal nəticəsində həyətin içməli su borusu da partlayıb. Su çökmüş yarğana axdığı üçün ailələr neçə gündür susuz qalıb. Biz öz deputatımız Ziyad Səmədzadəyə səslənirik ki, bu problemin həllində bizə köməklik etsin. İllərdir ki, heç kim bizimlə maraqlanmır”.
Qeyd edək ki, “Qafqazinfo” sözügedən müraciətlə bağlı deputat Ziyad Səmədzadə ilə əlaqə saxlayıb, deputat bildirib ki, problemin həlli istiqamətində həftənin birinci günü Nəsimi rayon İcra Hakimiyyəti ilə danışıqlar aparacaq.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
















