Reklam

Bakıda yol nişanlarını götürüb sürücüləri radara salırlar - FOTOLAR

Xəbərlər 15 Dekabr 2015 15:00 Oxunub 3463
Bakıda yol nişanlarını götürüb sürücüləri radara salırlar - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP əməkdaşı isə vətəndaşın müraciətini araşdırmaq əvəzinə yalan danışır

Bakının Badamdar qəsəbəsindəki Maşın Bazarının yanında əvvələr 5.22 (Yaşayış məntəqəsinin başlanğıcı) və 5.23 (Yaşayış məntəqəsinin qurtaracağı) yol nişanları olub. Avropa Oyunları vaxtı həmin yolu Bakı Şəhər İcra Hakimiyyəti təmir edəndə qeyd olunan nişanları çıxarıblar. Təmir qurtardıqdan sonra isə bərpa etməyiblər. Avtosfer.az-ın məlumatına görə, daimi oxucularımızdan biri bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə yazaraq məlumat verib: «Bildirdim ki, həmin nişanları çıxarıb sonradan bərpa etməyən səlahiyyətli şəxsi məsuliyyətə cəlb edəsiniz və müvafiq nişanları bərpa edəsiniz. İndiki halda Maşın Bazarından üzü «Qurd Qapısı» istiqamətə gedəndə 5.22 nişanı olmadığına görə həmin yolda sürət həddi 90 km/saatdır. Ancaq Mikayıl Müşviq küçəsindəki radar 60 km/saat sürətə uyğunlaşdırılıb. Yəni, bu yolda 60-dan yucarı sürənlər radara düşür. DYP-də ərizəmin icraçısı olan Yol hərəkətinin təşkili şöbəsinin məsul işçisi Sabir Həsənov vətəndaşın məktubuna cavab verib. Bildirib ki, müayinə vaxtı məlum olub ki, yol nişanları düşüb. Nişanların bərpası üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət göndərilib. Mən bu cavabdan razı qalmadığım üçün Sabir Həsənovun qəbuluna getdim və bildirdim ki, həmin nişanı çıxaran Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətli şəxsini məsuliyyətə cəlb edin ki, bir daha nişanlara və vətəndaşlara qarşı belə hörmətsizlik etməsinlər. Sabir müəllim mənə bildirdi ki, məsuliyyətə cəlb etmək bizim səlahiyyətimizdə deyil. Sonradan isə bildirdi ki, gələcəkdə belə problem olarsa, nişanı sökən vaxtı get kameraya çək və sonra həmin şəxsin kimliyini aşkar elə ki, biz də məsuliyyətə cəlb edək. Çox gülməli cavab verdi. Əgər nişanı sökənlərin kimliyini mən aşkar edəcəmsə, onda sizə nə ehtiyyac var? Niyə yazıram ərizə?

Bir müddətdən sonra nişanların bərpasını görmədiyim üçün Sabir Həsənovla əlaqə saxladım. Mənə bildirdi ki, BDYP-nə ərizə göndərmişəm, zəng elə dəftərxanadan maraqlan. Mən Baş DYP-nin dəftərxanasından və Bakı şəhər DYP-nin dəftərxanasından soruşdum ki, Sabir Həsənov belə bir məktub göndəribmi? Hər iki dəftərxanadan bildirdilər ki, belə məktub nə göndərilməyib nə də daxil olmayıb. BDYP-də ki, Hərəkətin təşkili şöbəsindən də bildirdilər ki,bizə belə bir məlumat daxil olmayıb. Bir sözlə, Sabir müəllim məni yaxşıca yola verib. Bu da DYP-nin fəaliyyəti».

Maraqlısı odur ki, vətəndaşın müraciətinə cavab verənt Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Nüşrəvan Səfərov belə bir problemi üzə çıxardığı üçün ona təşəkkür edib və məsələnin tezliklə həll olunacağını qeyd edib. 

Ümid edirik ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi vətəndaşın bu müraciətinə ciddi yanaşaraq müvafiq addımlar atacaq. Əks halda, hər gün onlarla sürücü həmin yolda radara düşəcək.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh