Bakıda yük maşını ölüm saçdı - VİDEO

Avtosfer.az-ın daimi oxucularından biri Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digərləri üçün təhlükəli vəziyyət yaradan yük avtomobilinin videosunu göndərib. Videodan məlum olur ki, 99 ZB 305 dövlət nömrə nişanlı yük avtomobili hərəkət zamanı sağ zolaqla getmək əvəzinə, sol zolağı tutub və yüksək sürətlə hərəkət edir. Bundan əlavə, həmin avtomobilin sürücüsü düzgün ara məsafəsi də saxlamayıb. Oxucu bildirir ki, bu avtomobilin sürücüsü yol boyu təhlükəli manevrlər edərək digər sürücülərə təhlükə yaradıb. O, qarşıda gedən nəqliyyat vasitələrinə o qədər yaxınlaşırmış ki, sürücülərin əksəriyyəti qorxudan avtomobili sağa-sola çəkib ona yol verməli olublar. Videodan da məlum olur ki, yük avtomobili minik avtomobilinə həddindən artıq yaxın məsafədə hərəkət edir. Əslində isə onun hərəkət sürəti saatda 100 km-dirsə, sürücü ən azı 50 metr məsafə saxlamalı idi. Sürət həddini aşmaq, ara məsafəsi saxlamamaq bir yana, zolaqla da düzgün hərəkət etmir.
Elmin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










