Reklam

Bakıda zibildaşıyanlar hasarı avtomobilin üstünə aşırdı - VİDEO

Xəbərlər 12 Fevral 2015 01:40 Oxunub 1718
Bakıda zibildaşıyanlar hasarı avtomobilin üstünə aşırdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uçqun zamanı mişar daşları yaxınlıqdakı “Mercedes” markalı avtomobilin üzərinə tökülüb

Bakının Nizami rayonu, Oqtay Vəliyev və Yavər Səfərov küçəsinin kəsişməsində Rauf Qənbərova məxsus “Mercedes” markalı avtomobilin üzərinə daş hasar aşıb. Qonşuların və avtombil sahibinin dediyinə görə, bu hadisəyə səbəb məhz 67 saylı mənzil istismar sahəsi əməkdaşlarının səhlənkarlığıdır. Belə ki, səhər saatlarında qurumun əməkdaşları zibil qutularını boşaltmaq üçün əraziyə traktor və yük maşını cəlb ediblər. Və bu zaman traktor yerdəki məişət tullantılarını yığışdırmaq üçün fəailəyyətə başlayıb. Nəticədə traktorun sürücüsünün səhlənkarlığı uzündən məişət tullatıları üçün ayrılan yerin daş hasarı uçub. Uçqun zamanı mişar daşları yaxınlıqdakı “Mercedes” markalı avtomobilin üzərinə tökülüb. Nəticədə maşın yararsız hala düşüb. Bunu görən mənzil istismar sahəsinin əməkdaşları dərhal hadisə yerindən uzaqlaşıb. Bütün bunlar ərazidə yaşayan sakinlərin sözləridir. 

Hadisə vaxtı isə sürücü avtomobilində olmayıb. Onun burda maşın saxlamasına gəlincə, sürücü deyir ki, ərazi evinə yaxın olduğuna görə buranı seçib. Sakinlərin sözlərinə görə, bu hadisəni məhz traktorun sürücüsünün etdiyini ərazidəki müşahidə kameraları da qeydə alıb.

“Ərazidə traktorun təkər izinə rast gəlmək olar. Daş hasar özü-özünə uça bilməz. Səs-küyə qonşular da çıxıblar. Hadisədən sonra təmizlik işini həyata keçirən işçilər işlərin yarımçıq dayandıraraq ərazini tərk ediblər” – deyə zərərçəkən Məhəd Mustafayev bildirib. Buna görə də zərərçəkənlə birlikdə üz tutduq 67 saylı mənzil istismar sahəsinə. Bizi elə qurumun rəisi qarşıladı. Zərərçəkən idda etdi ki, məhz qurumun əməkdaşları bu hadisəni törədib. Rəis isə bunu inkar etdi.

Belə olan təqdirdə rəis Hüseynağa Əliyevdən başqa bir məqamı xəbər aldıq. Bəs sözügedən ərazidə MİS əməkdaşlarından başqa kimsə məişət tullantılarını təmizləyə bilərmi, rəis dedi ki, bəli bunu sakində edə bilər. 

67 saylı MKİS-nin rəisi Hüseynağa Əliyev deyir ki, orda onların avtomobili olmayıb: “Bunu əminliklə deyirəm. Axşam saat 11: 00 radələrində qurumun avtomobili həmin ərazidə təmizlik işi aparıb. “Mercedes” markalı avtomobilin sürücüsü isə bizə səhər saat 9 radələrində telefon edib”.

Bundan sonra ərazidə məişət tullantıları təmizliyi ilə məşğul olanlarla maraqlandıq. Məlum oldu ki, qurumda yalnız iki işçi var. Biri traktor, digəri isə zibil qutularını qəbul edən maşının sürücüləridir. Elə biz də sualımızı fürsətdən istifadə edib traktor sürücüsünə ünvanladıq. O, isə həmin ərazini tanımadığını bildirdi.

Traktor sürücüsü Türkmən Cabbarov bildirir ki, saat 8-dən işdədir və xeyli vaxtdır ki, o əraziyə getmir. 

Artıq baş vermiş hadisə ilə bağlı zərərçəkən Rauf Qənərov hüquq-mühafizə orqanlarına müraciət edib. Hadisənin dəqiq kim tərəfindən törədildiyi isə hüquq-mühafizə orqanları tərəfindən aparılacaq araşdırmadan sonra məlum olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh