Bakıdakı rayon maşınlarının aqibəti necə olacaq?

Rayon avtomobillərinin Bakıya daxil olmasına qadağa qoyulmasından sonra şimal istiqamətdə avtomobillərin paytaxta axınında azalma müşahidə edilir.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Kamran Əliyevin sözlərinə görə, rayon qeydiyyatında olan maşınların Bakıya daxil olmaması üçün yaradılan dayanacaqlar artıq 10-15 faiz dolub. Duracaqlarda kifayət qədər yer də var. “Əsasən Şimal istiqamətindən gələn avtomobillərin sayında azalma müşahidə olunur. Görünür sürücülərimiz DYP-nin müraciətlərini və Bakı 2015 I Avropa Oyunlarını nəzərə alaraq fərdi nəqliyyat vasitələri ilə paytaxta daxil olmurlar”.
Şöbə rəisi paytaxtda hərəkət edən rayon qeydiyyatı olan avtomobillərin aqibətindən danışıb. K.Əliyev deyib ki, Bakıda hərəkət edən rayon qeydiyyatı olan avtomobillər üçün qadağa yoxdur. “Rayonda qeydiyyatda olan avtomobillərin şəhərdən kənarlaşdırılması da nəzərdə tutulmur”.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












