Bakıdakı yataqxanada rütubətdən ağac bitib: Qurumlardan reaksiya yoxdur - FOTO

Paytaxtdakı yataqxanalardan birinin vəziyyəti olduqca acınacaqlı hal alıb.
Sakinlər bu barədə Avtosfer.az-a bildirib. Bakının Nizami rayonunda əvvəllər dam örtükləri zavodunun yataqxanası kimi fəaliyyət göstərən, bu gün isə mənzillərində əksəriyyəti məcburi köçkünlər yaşayan bina xəstəlik mənbəyinə çevrilib. Yataqxananın azyaşlı sakinləri rütubət səbəbilə xroniki xəstəliklərə yoluxub.
Belə ki, Babək prospekti 79 ünvanında yerləşən yataqxananın mənzillərində rütubətin yüksək həddə olması səbəbilə mamır, hətta ağac bitib. Həm mənzillərin, həm də dəhlizlərin uçuq-sökük divarları artıq binada yaşamağı çətinləşdirib.
Ümumi istifadədə olan mətbəx və sanitar qovşağının vəziyyəti heç də ürəkaçan deyil. Hətta bina o qədər yararsız vəziyyətdədir ki, divar və tavandan qopan hissələr sakinlərin üzərinə uçub.
Yataqxananın zirzəmisi çirkab suları ilə dolduğu üçün Fövqaladə Hallar Nazirliyi dəfələrlə buradakı suyu boşaltmalı olub.
Binada yaşayanlar bildirir ki, Bakı şəhər İcra Hakimiyyətinə problemlə əlaqədar dəfələrlə şikayət edilməyinə baxmayaraq, hələ hansısa müsbət cavab ala bilməyiblər.
Sakinlər aidiyyəti qurumların yaranan vəziyyətlə bağlı təcili tədbir görmələrini gözləyir.
Könül Rauf
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident





















