Bakıdan son tələb: Göyçə və Zəngəzura qayıtmadan... - Şərtlər açıqlandı

Xəbərlər 6 Avqust 2024 15:52 Oxunub 116
Bakıdan son tələb:  Göyçə və Zəngəzura qayıtmadan... - Şərtlər açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycanın daxili işlərinə qarışan və Ermənistandan qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verən fikirləri qəbuledilməzdir. Onun Qarabağ erməniləri ilə bağlı açıqlaması hazırda Qərbdə bölgə ilə bağlı cərəyan edən bəyanatlar silsiləsindəndir. Bu fakt Qarabağ erməniləri, onların qayıdışı ilə bağlı Azərbaycana qarşı təzyiqlərin, "erməni məsələsi" mövzusunun bəzi dairələrdə hələ bağlanmadığını göstərir.

Bunu politoloq Zaur Məmmədov deyib.

“1 il əvvəl dünya birliyinin üzvü, müstəqil və suveren beynəlxalq subyektin ərazisində separatizmin davam etməsinə niyə susurdunuz? Niyə Qarabağ və Zəngəzurdan qovulmuş azərbaycanlıların qayıdışı məsələsini qaldırmırdınız? Niyə Vardanyan və Arutunyanın ötən illərdə azərbaycanlıları təhdid etməsi qarşılığında susmağa üstünlük verirdiniz?”, - deyə o əlavə edib.

Politoloq 44 günlük müharibədə ərazi bütövlüyünü təmin edən Azərbaycan dövlətinin nə həmin dövrə qədər, nə də həmin dövrdən sonra Qərbdəki bu kimi dairələrin obyektiv mövqeyini gördüyünü bildirib:

“Əksinə, üçtərəfli Bəyanatın imzalanmasından sonra Cənubi Qafqazda tarixi reallığın bərpa olunması ilə barışmaq istəməyən bu qüvvələr 2020- 2023-cü illər ərzində BMT Təhlükəsizlik Şurasında və digər qurumlarda separatçıları və terrorçuları müdafiə edən, Azərbaycan dövlətini günahlandıran müzakirələri bir neçə dəfə davamlı şəkildə təşkil etdilər. Maraqlısı isə odur ki, indi, niyə Qərbdəki bu dairələr rəsmi Bakının onların fikirlərini nəzərə alacağını düşünür? Fakt odur ki, Toivo Klaar müsahibəsində qayıdışla bağlı məsələləri iki hissəyə ayırır. O, ermənilərin Azərbaycanın digər hissələrinə, azərbaycanlıların Ermənistana qayıdışı məsələsini gündəmə gətirir. Vaxtilə Ermənistanın sabiq prezidenti Robert Köçəryan "azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməzdilər" deyirdi. Həmin vaxt ağızlarına su alan beynəlxalq siyasətbazlar, indi ermənilərin Qarabağa qayıtması üçün əllərindən gələni edir. Sözsüz ki, heç kəs onların istəkləri ilə oturub-duran olmayacaq”.

Zaur Məmmədov hesab edir ki, Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının olması və azərbaycanlılar Qərbi Zəngəzura, Göyçəyə qayıtmadıqları halda iki xalq arasında yeni mərhələdən danışmaq tezdir:

“Ermənilərin Qarabağa qayıdışını ayrıca qeyd etmək, azərbaycanlıların qayıdışına cavab olaraq ermənilərin Bakıya, Gəncəyə və sair məntəqələrə qayıdışı haqqında danışmaq yolverilməzdir. Hər kəs qulağını açıb eşitsin ki, Azərbaycan öz bildiyini etməkdə davam edəcək. Vaxtilə Azərbaycanı haqq mübarizəsində dəstəkləməyənlər, son 4 ildə yeni reallığı qəbul etməyənlər proseslərə müdaxilə etməsinlər. Bunun üçün onların mənəvi, institusional, tarixi hüquqları yoxdur”.

(teleqraf.com)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh