Bakının ən qorxulu yeri - VİDEO

Bakıda məktəblilərin də istifadə etdiyi qorxulu yol var. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, paytaxtın Azadlıq prospekti, 180 ünvanında yaşayan sakinlər yolu keçməyə çətinlik çəkir. Yolun təhlükəsiz hissəsinin birbaşa avtomobillərin hərəkət etdiyi yerə bitişik olması oradan istifadə edən piyadaların qorxusuna səbəb olub. Sakinlərin verdiyi məlumata görə, xoşbəxtlikdən həmin yerdə indiyədək heç bir yol-nəqliyyat hadisəsi baş verməyib. Ərazidə sürücülər üçün piyadaların xəbərdaredici nişanı (1.20 nişanı) olsa da, avtomobil idarə edən şəxslər bu nişana məhəl qoymurlar. Ərazidə yaşayanların tələbi bu yola (1.14.1 yol nişanının) nizamlanmayan piyada keçidinin çəkilməsidir.
Əraziyə cavabdeh qurum olan Respublika Baş Dövlət Yol Polisi Siqnal ixtisaslaşdırılmış layihə istehsalat idarəsinin böyük iş icraçısı Babayev Hikmət Əhmədağa oğlu sakinlərin narazılığının haqsız olduğunu deyib. Dövlət rəsmisinin dediyinə görə, piyadalar əraziyə 70-80 metr yaxın olan svetofordan istifadə etməklə həyətə daxil ola bilər. Beləliklə, sakinlərin narazlığı əbəs yerədir. Amma bu ərazidə olan piyada zolağı hələ ki, tam silinməyib. Ola bilsin ki, həmin yerdə zolağın tam silinməsindən sonra piyadalar məhz elə svetofordan istifadə edərək ikinci yolu da rahatlıqla keçib həyətə daxil ola bilər.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












