Bakının mərkəzi küçələri bağlanır - XƏRİTƏ

Bakı 2015 Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında keçiriləcək yol velosiped yarışı ilə əlaqədar olaraq, iyunun 19-dan 21-dək Bakının bəzi mərkəzi yollarında nəqliyyatın hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.
Bu barədə Avtosfer.az-a Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildiriblər.
Azadlıq Meydanından başlayacaq və orada başa çatacaq yol velosiped yarışı şəhər mərkəzində aşağıdakı küçə və prospektləri əhatə edəcək:
- Üzeyir Hacıbəyli küçəsi
- Bül-Bül prospekti
- Rixard Zorge küçəsi
- Rəşid Behbudov küçəsi
- Neftçilər prospekti
- Zərifə Əliyeva küçəsi
- Əziz Əliyev küçəsi
- İstiqlaliyyət prospekti
- Lermontov küçəsi
- Teymur Elçin küçəsi
- Mehdi Hüseyn küçəsi
- Parlament prospekti
- Landau küçəsi
- Abbasqulu Ağa Bakıxanov küçəsi
- Səməd Vurğun küçəsi
- Şəmsi Bədəlbəyli küçəsi
- İnşaatçılar prospekti
- Hüseyn Cavid prospekti
Yuxarıda qeyd olunan yollarda nəqliyyatın hərəkəti aşağıdakı saatlarda məhdudlaşdırılacaq:
19 iyun: 13.00 – 15.00
20 iyun: 05.30 – 21.00
21 iyun: 03.30 – 21.00
Yol velosiped yarışının marşrutu boyunca nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməyəcək. Yalnız 19 iyun tarixində yol velosiped yarışının marşrutu ilə kəsişən yollarda nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək. Həmin yol kəsişmələrinə yol polisi tərəfindən nəzarət ediləcək.
Mərkəzdən həmçinin hərəkətin velosiped yarışının marşrutu və nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı yollar barədə tam məlumatın əks olunduğu xəritəni də təqdim ediblər.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












