Bakının mərkəzində söküntü aparılır: Sakinlər verilən puldan narazıdır - VİDEO

Şəhərin Nizami, Rza Quliyev, Nabat Aşırbəyova, Çingiz Mustafayev və Mirzə Ağalıyev küçələrində başlayan söküntü işləri davam edir.
Avtosfer.az İTV-yə istinadən xəbər verir ki, “Sovetski” adlandırılan ərazinin bir neçə küçəsində istismar müddətini başa vurmuş tikililərin sökülməsi planlaşdırılır.
Sözügedən ərazidə artıq 3 yaşayış binası sökülüb. Yerində isə parkın salınması gözlənilir. Amma vətəndaşlar onlara təklif edilən kompensasiya məbləği ilə razılaşmır.
Sakinlərdən birinin sözlərinə görə, bura onun ata-baba mülküdür: “İstər-istəməz bizə kvadratı 2700 manatdan sərf etmir. Biz burada 3 bacı, bir qardaş yaşayırıq. Sökülsə, 2-3 ev almağa imkanım yoxdur”.
68 ildir burada yaşayan digər bir vətəndaş isə verilən pulla normal ev ala bilməyəcəyini deyib: “Bunların verdiyi məbləğ çox aşağıdır. 2700-2800 çox az puldur. Buradan köçüb normal ev almaq üçün minumum 5000 manatdan hesablanmalıdır”.
Söküntü işləri ilə bağlı yaradılan komissiyadan isə bildirilib ki, yaşayış sahəsi üçün hər kvadrat metrə görə 2700, qeyri-yaşayış sahələri üçün isə 3000 manat nəzərdə tutulub. Hazırda 206 ailə ilə razılaşma əldə olunub. Həmçinin qeyd edilib ki, aparılan söküntü işləri məcburi deyil.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












