Bakının ortasında yaşıl meşə - VİDEOREPORTAJ

Havaların istiləşməsi ilə əlaqədar olaraq Bakının Nəbatat Bağına üz tutanların sayı artıb. Təmiz havası, müxtəlif florası ilə zəngin olan bu yer insanların istirahət etməsi üçün əlverişli bağlardan biridir.
Report-un çəkiliş qrupu paytaxtın ortasında yaşıl meşə kimi tanınan Nəbatat Bağına yollanıb və burada istirahət edən insanlarla həmsöhbət olub.
1934-cü ildə yaradılmasına başlanılan Nəbatat Bağı Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərir. Ərazisi 41 hektardan çox olan Bağın kolleksiya sahələrində 3 mindən artıq bitki növü və forması var. Burada həm öyrənmək həm də dincəlmək olar. Nəbatat Bağında qocasından tutmuş cavanına qədər hər kəsi görmək mümkündür.
Bağda Qafqaz florasından olan 125 növ nadir və nəsli kəsilməkdə olan və adları keçmiş SSRİ-nin və Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmiş bitki kolleksiyası var.
"Report" Nəbatat Bağından hazırladığı süjeti təqdim edir.
Operator: Vüqar Xanlarov
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












