Bakının Sabunçu rayonunda bəzi küçələr təmir edilir - FOTO

Sabunçu rayonu üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 9 km təşkil edən qəsəbədaxili küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmir-tikinti işləri aparılır.
Bu barədə Avtosfer.az-a AAYDA-dan bildirilib.
Belə ki, sözügedən rayonun Bilgəh qəsəbəsində ümumi uzunluğu 2 km olan 2 küçədə yenidənqurma işlərinin aparılmasına start verilib.
Hər birinin uzunluğu 1 km olan Əliağa Ağayev və Rəsul Rza küçələrində aparılan təmir işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Daha sonra yol əsası hazır olan hissələrə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.
2021-ci ilin İnvestisiya Proqramına uyğun Sabunçu rayonu Bakıxanov qəsəbəsində 3,1 km uzunluğa malik Bəşir Bünyadov və 3,2 km uzunluğa malik Nazim İsmayılov küçələrinin də təmiri nəzərdə tutulur. Bu çərçivədə artıq qəsəbənin Bəşir Bünyadov küçəsində təmir işləri son mərhələ üzrə aparılır. Bu küçədə işlərin yekunlaşması ardıcıllığına uyğun olaraq qəsəbənin Nazim İsmayılov küçəsinin də əsası şəkildə təmiri nəzərdə tutulur.
Cari ilin İnvestisiya Proqramına daxil edilən Ramana qəsəbəsinin yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunan, uzunluğu 700, eni isə 9 metr təşkil edən Mərkəzi küçəsində aparılan təmir-tikinti işləri isə artıq yekunlaşıb.
Hazırda qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin İnvestisiya Proqramı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Növbəti Sərəncam və İnvestisiya Proqramları çərçivəsində rayon üzrə təmiri nəzərdə tutulan digər küçə və yollarda da işlərin aparılması nəzərdə tutulur. Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Sabunçu rayonunun sözügedən qəsəbələri üzrə vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün işlərin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Sabunçu rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 200 km-dən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.


Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO










