Bakının yollarında ən son vəziyyət - bu gün saat 4-də yollar bağlanır - VİDEO

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 12 iyun tarixində başlanacaq yollarla bağlı açıqlama verib. Mərkəzdən Avtosfer.az-a verilən məlumata görə, «Bakı 2015» İlk Avropa Oyunları ilə əlaqədar müəyyən günlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması planlaşdırılır.
Məşəlin səyahəti
Bakıda Məşəlin səyahəti ilə bağlı 10 iyun tarixində aşağıda qeyd olunan küçə və prospektlərdə fasilələrlə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq:
•Şəmsi Bədəlbəyli küçəsi
•Səməd Vurğun küçəsi
•Bül-bül prospekti
•Rəşid Behbudov küçəsi
•Azadlıq prospekti
•İstiqlaliyyət küçəsi
•Niyazi küçəsi
•Şövkət Ələkbərova küçəsi
Triatlon yarışı
Bakı 2015 İlk Avropa Oyunlarının Kişilər və Qadınlar arasında triatlon yarışları ilə əlaqədar, 10-14 iyun tarixlərində Bilgəh qəsəbəsində müəyyən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı yollar və vaxtlar aşağıdakı xəritədə qeyd olunmuşdur.
Sürücülər Bilgəh qəsəbəsinin yerli yol şəbəkəsindən və «Jumeirah Beach Hotel» dairəsi ilə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilərlər.
Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Nardaran qəsəbəsi istiqamətində hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.
Nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı vaxtlar:
10, 11 iyun: 05:00 – 14:00
13 iyun: 08:30 – 18:30
14 iyun: 08:30 – 19:00
Xəritə: Triatlon (Bilgəh) Yol Hərəkət Məhdudiyyətləri və Hərəkət İstiqamətinin Yönləndirilməsi
Açılış Mərasimi
12 iyun Bakı 2015 İlk Avropa Oyunlarının Açılış mərasimi günü, aşağıda qeyd olunan yollarda günorta saat 04.00-dan, növbəti gecə saat 02.00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:
• Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək
• Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsilə kəsişməyədək
Bu yol bağlanmaları və Bakı 2015 Avropa Oyunları zamanı nəqliyyat haqqında ən son məlumatları əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etməyiniz xahiş olunur:
- Bakı 2015 internet səhifəsi (www.baku2015.com);
- Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə əlaqə saxlamaq olar;
- Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (http://mot.gov.az/), Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi (http://dyp.gov.az/) və Bakı şəhər İcra Hakimiyyətinin (www.baku-ih.gov.az) internet səhifələri;
- Radio dalğası (107.7 FM), internet səhifəsi (www.niim.az) və Facebook səhifəsi (https://www.facebook.com/niim.gov.az?fref=ts) də daxil olmaqla, NİİM-in məlumat kanalları
Ətraflı videomaterialda.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












