Bakı–Tbilsi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi müzakirə olunub

19-20 sentyabr 2024-cü il tarixində Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Türkiyə Respublikası Dövlət Dəmir Yollarının “TCDD Taşımacılık” şirkətinin Baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçınla görüşüb.
Tərəflər arasında bu il ikinci dəfə keçirilən görüşdə iki qardaş ölkənin dəmir yolu sahəsində əməkdaşlığının əsas istiqamətləri və inkişaf perspektivləri müzakirə olunub. Həmçinin Bakı–Tbilsi–Qars dəmir yolu xəttinin modernləşdirilməsindən sonra Orta Dəhliz üzrə yükdaşımaların artırılması imkanları barədə fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Azərbaycan və Türkiyə yüklərin Şərqdən Qərbə, eləcə də əks istiqamətdə daşınmasında olduqca böyük rol oynayır və Bakı–Tbilisi–Qars dəmir yolu xətti ilə Orta Dəhliz üzrə yükdaşımaların artırılması üçün ortaq addımlar atır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident














