Bakıxanov qəsəbəsində Əşrəf Yunusov və Ruhulla Axundov küçələri təmir olunub - FOTO - VİDEO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində uzunluğu 950 metr olan Əşrəf Yunusov və 600 metr uzunluğa malik Ruhulla Axundov küçələrinin əsaslı təmiri yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, aparılan təmir işləri çərçivəsində küçələrin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, Ruhulla Axundovküçəsində 1630 kv.m, Əşrəf Yunusovküçəsində isə 710 kv.m piyada səkiləri yenilənib. Küçələrə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb, zəruri yerlərdə yol nişanlarıquraşdırılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Hazırda analoji təmir işləri qəsəbə üzrə Ramiz Qəmbərov və Şamil Kamilov küçələrində də son mərhələdə icra edilir.
Qeyd edək ki, cari ilin “İnvestisiya proqramı”na əsasən Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsi də daxil olmaqla 5 qəsəbə üzrə ümumi uzunluğu 12.7 km olan küçə və yolların təmiri işləri aparılır.
Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi uzunluğu 9 kmtəşkil edən küçələr təmir edilib.
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT
İlham Əliyev Fərman İMZALADI
Bakının bu küçələri BAĞLI OLACAQ
Bakıda 46 küçədə təmir işləri yekunlaşıb, 32 km uzunluğunda YOL YENİLƏNİB
Azərbaycanda uşaqpulu bərpa edilir?
















