Yanvarda Bakıya qar yağacaq? - AÇIQLAMA - YENİLƏNİB

Bəzi saytlarda Milli Hidrometeorologiya Xidmətinə istinadən 14-15 yanvar tarixlərində guya Bakıda və Abşeron yarımadasında qar yağacağı, şaxta olacağı, güclü külək əsəcəyi barədə yanlış məlumat yayılıb.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, Xidmət tərəfindən yanvar ayı üçün heç bir hava proqnozu verilməyib.
"Media nümayəndələrinə tövsiyə edirik ki, hava haqqında proqnozları Milli Hidrometeorologiya Xidmətinin rəsmi səhifəsi olan və daim yenilənən www.meteo.az saytından əldə etsinlər" – xidmət rəisi bildirib.
***
Bakıda və Abşeron yarımadasında yanvarın 14-ü axşamdan 15-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək.Yanvarın 14-15-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 0-3 dərəcə şaxta olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə yanvarın 14-ü axşam şimal və şərq rayonlarından başlayaraq 15-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı ehtimalı var.
Qərb küləyi əsəcək, arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Yolların buz bağlayacağı ehtimal olunur. (sfera.az)
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO












