Bakıya gələn turistlər polislərimizdən razılıq etdi

«Burada özümüzü rahat və təhlükəsiz hiss edirik»
Azərbaycanda keçirilən I Avropa Oyunlarını izləmək üçün Bakıya xeyli sayda turist gəlib. Artıq şəhərin hər yerində xarici qonaqlara rast gəlmək mümkündür. Avtosfer.az xəbər verir ki, editor.az turistlərin Bakı təəssüratlarını öyrənmək üçün şəhərin mərkəzi küçələrində sorğu keçirib. Şəhərimizin qonaqları paytaxtımıza olan heyranlıqlarını gizlətməyiblər:
Yunan turist
"Mən Yunanıstandan bura dostlarımla gəlmişəm. Bakını çox bəyəndim. Qədimiliyi, insanların mehribanlığı məni valeh etdi. Bakının dənizi, dənizkənarı bulvar mənim çox xoşuma gəldi. Axşamlar şəhər daha gözəl olur. Burada tam arxayın və maraqla şəhəri gəzirik".
Portuqaliyalı turist
"Bakı çox gözəl şəhərdir. Şəhərinizi çox bəyəndim. Şəhərin memarlığı xüsusi diqqət çəkir. Azərbaycan mətbəxi haqqında çox eşitmişdim, amma artıq yeməklərinizdən dadaraq bunun canlı şahidi oldum. Azərbaycanlılar çox qonaqpərvərdir. Biz burada özümüzü tam rahat və təhlükəsiz hiss edirik. Polislər və könüllülər hər hansı kömək lazım olanda məmnuniyyətlə yardım edirlər.
Latviyalı turist
"İlk dəfədir Bakıdayam. şəhərin təmizliyi, qədimliyi çox xoşuma gəldi. Artıq bir necə gündür Bakını gəzirəm. Bura məni valeh edir. Bakıya I Avropa Oyunlarını izləməyə gəlmişəm. Bir neçə gün burada qalacam və Bakının bütün yerlərini gəzmək istəyirəm. Polislərin davranışlarını xüsusilə bəyəndim. Polislər sənin onlardan hər hansı kömək istəməyini gözləmir, özləri yaxınlaşaraq nəzakətlə kömək edir. Bu çox əladır".
Malaziyalı turist
"Bakıya ilk dəfədir gəlirəm. Bura dostumla gəlmişəm. Şəhər çox gözəldir. Dəniz, Qız qalası məni heyran edir. Ölkənizdə bu gün möhtəşəm idman yarışı keçirilir və məndə ilk Avropa Oyunlarnı izləməyə gəlmişəm.”
Rusiyalı turist
«Şəhərinizdə çoxlu maşın var. Amma ümumilikdə, şəhəriniz çox xoşuma gəldi. Yeni tikilmiş binalar və Dənizkənarı Bulvar məni heyran etdi. Yol polisləriniz çox diqqətli və nəzakətlidirlər. Dünən bizə bir ünvanı göstərmək üçün uzun məsafə qət etdilər. Bakıya yenə gələcəyəm».
Qeyd edək ki, I Avropa Oyunlarının keçirildiyi günlərdə üzərinə böyük məsuliyyət düşən Daxili İşlər Nazirliyi digər dövlət qurumları kimi gücləndirilmiş iş rejimində çalışır. Turistlərin dediklərindən aydır olur ki, Daxili İşlər Nazirliyi və onun ayrı-ayrı strukturları üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlirlər.
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












